Elan
Qaynaqçı

800 AZN

Sənaye və kənd təsərrüfatı
Baxış sayı: 135
Elan nömrəsi: 293
Vip et və ya İrəli çək
Şəhər
Bakı
Təhsil
Orta texniki
İş Təcrübəsi
3 il və üstü
Elanın Tarixi
2024-03-27 09:35:42
Əlaqədar Şəxs
VüqarHR



İş barədə məlumat
• Qaynaq aparatını işə salmazdan əvvəl ona
nəzarət etməli, vizual baxış keçirməli,
qaynaq məftilini, istifadə edilən qaz
qarışığını yoxlamalı, aşkar edilən nasazlıqları
aradan qaldırmalı və sahə rəisinə məlumat
verməlidir;
• Qaynaq aparatından istifadə edərkən
istehsalçı zavodun istismar təlimatına əməl
etməlidir;
• Təhlükəsizlik texnikası və yanğın
təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və
iş vaxtı onlara ciddi riayət etməlidir;
• İşə başlayarkən sahə rəisinin və yaxud
növbə rəisinin növbə üçün nəzərdə tutulmuş
tapşırığı ilə tanış olmalıdır;
• Verilmiş tapşırığı yerinə yetirməli, bu
barədə sahə rəisinə məlumat verməlidir;
• Temperatur rejiminə ciddi nəzarət
etməlidir;
• Mürəkkəb metalkonstruksiyaların qaynaq
edilməsi, qaynaq olunacaq
konfiqurasiyaların çertyojla oxunması və s;
• Qaynaq avadanlıqlarının quruluşunu və
işləmə qaydalarını, dəyişən və sabit
cərəyanla qaynaq, qaynağın növlərini,
qaynaq edilən metalların xassələrini
bilməlidir;
• İstehsalat sahəsində mövcud olan yanğın
təhlükəsizliyinə dair təlimatı dəqiq
bilməlidir;
• Qaynaq rejimlərinin seçilmə prinsiplərini,
qaz qaynağında işlədilən qazların saxlanma
metodlarını, qaynaq tikişlərinin sınanma və
nəzarətetmə üsullarını, metalın
markasından və qalınlığından asılı olaraq
qızıdırılma qaydalarını və s. bilməlidir;
• Təhlükəsizlik texnikası və yanğın
təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və
ona ciddi əməl etməlidir.
Namizətdən tələblər
• Orta-texniki təhsil;
• Qaynaq üzrə müvafiq sertifikasiyaya malik
olmalı;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Iş qrafiki: 09:00-06:00, 6 günlük iş rejimi